Şamaxıda "Niva" ağaca çırpıldı - Sürücü öldü

Şamaxıda "Niva" ağaca çırpıldı -

Aprelin 19-da saat 22:00 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Niva” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Orxan İsayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Seymur Əli


Mənbə: unikal.az