Bakının Maştağa qəsəbəsində iki qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Metbuat.az-a onların valideynləri məlumat verib.
Belə ki, 16 aprel axşam saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı–bibi qızıdırlar.
Qeyd edək ki, qızların itkin düşməsi ilə bağlı polisə məlumat verilib.
Mənbə: qafqazinfo.az