Daşkəsəndə bitki toplayan kişi qayadan yıxılıb

Daşkəsəndə bitki toplayan kişi qayadan yıxılıb

Daşkəsəndə bədbəxt hadisə baş verib.

Hadisə rayonu Alunitdağ qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini orta yaşlı kişi dağlıq ərazidə bitki toplayan zaman qayadan yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə: apa.az