Geologiya üzrə mütəxəssis, professor Şənər Üşümezsoy aprelin 23-də İstanbulun Silivri sahillərində baş verən və ətraf rayonlarda da hiss edilən 6,2 maqnitudalı zəlzələni 20 gün əvvəl təxmin edib.
Oxu.az-a istinadən xəbər verilir ki, o, 20 gün əvvəl verdiyi açqlamada Kumburqaz və Silivridə 6-6.5 maqnitudalı zəlzələ ola biləcəyini söyləyib.
Bu gün İstanbuldakı yeraltı təkanlar barədə yeni açıqlama verən professor başqa bir zəlzələ riskinin olmadığını vurğulayıb:
"Bu zəlzələ sürüşmə zonalarınının olduğu bölgələrdə təsirli ola bilər, ancaq bu yeraltı təkanlardan sonra böyük zəlzələ gözlənilmir".
Mənbə: axar.az