Fermer özünəməxsus ərazidə 150 ton qızıl tapdı

Fermer özünəməxsus ərazidə 150 ton qızıl tapdı

Fransanın Auvergne bölgəsində fermer Mişel Düpont özünəməxsus ərazidə 4 milyard avro dəyərində 150 tondan çox qızıl tapıb.

Fransa mediasına istinadən xəbər verilir ki, Düpont əkin sahəsini qazarkən bir neçə qızıl parçası tapıb. Əraziyə gələn geoloqlar tərəfindən aparılan araşdırmalarda sözügedən ərazidə 150 ​​tondan çox qızılın olduğu müəyyən edilib.

Qızıl yatağının təxminən 4 milyard avro dəyərində olduğu təxmin edilir ki, bu da onu son illərdə ölkədəki ən böyük qızıl kəşflərindən birinə çevirir.

Mənbə: axar.az