Gəncə şəhərində xəsarət alan məktəbli Bakıdakı xəstəxanaların birinə köçürülüb.
"Report"un Qərb bürosunun məlumatına görə, aprelin 22-də Gəncə şəhərindəki məktəblərin birində baş verən insident zamanı xəsarət alan şagird F.Quliyev Bakı şəhərində yerləşən xəstəxanlardan birinə aparlıb.
Xatırladaq ki, Yeni Gəncə yaşayış massivində yerləşən Ə.Cavad adına 2 nömrəli Tam Orta Məktəbin şagirdləri arasında insident olub. F.Quliyev mübahisə zəminində xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə yerləşdirilmişdi.
Mənbə: report.az