Sabirabadda mikroavtobus piyadanı vuraraq öldürüb - ANBAAN VİDEO

Sabirabadda mikroavtobus piyadanı vuraraq öldürüb -

Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb. Yolu keçmək istəyən Sabirabad sakini — 1976-cı il təvəllüdlü Əliyeva Ruhiyyə Zülfəli qızı mikroavtobus tərəfindən vurulub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az