Ağsuda sərnişin mikroavtobusu qəzaya uğrayıb.
Mikroavtobus Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə təcili yardım maşınları cəlb edilib. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Mənbə: report.az