Moskva vilayətində general Yaroslav Moskalikin öldürülməsində şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Onun Ukraynanın Sumı vilayətindən olan İqnat Kuzin olduğu ortaya çıxıb. İdarənin məlumatına görə, o, generalın həlak olmasına səbəb olan partlayan avtomobilin daxilinə partlayıcı qurğu yerləşdirməkdə şübhəli bilinir.
Qeyd edilib ki, hadisəni törətməzdən bir həftə öncə Kuzin Türkiyəyə gedibmiş.
Xatırladaq ki, Rusiyalı general Yaroslav Moskalik ötən gün Moskva vilayətində Balaşix rayonunda öldürülüb. Onun yanında xarici avtomobil partladılıb.
Mənbə: bizim.media