İstanbul zəlzələsi: 500-ə yaxın bina...

İstanbul zəlzələsi: 500-ə yaxın bina...

İstanbulun 39 rayonunda 8367 binaya baxış keçirilib, onlardan 437-nə kiçik ziyan dəyib. Zərərin qiymətləndirilməsi davam etdiriləcək.

Bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murad Kurum X hesabında yazıb.

Qeyd edək ki, İstanbulda 23 apreldə maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib. Tələfat yoxdur.

Mənbə: axar.az