Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, imtahanda 51 min 908 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq.
İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 74 şagird də iştirak edəcək.
Mənbə: qafqazinfo.az