Bakıda avtomobil səkiyə çırpıldı, sürücü öldü

Bakıda avtomobil səkiyə çırpıldı, sürücü öldü

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Əmirəli Kərimovun idarə etdiyi "VAZ-2109" markalı, "42-CG-119" dövlət qeydiyyat nişanlı avtomobil səkiyə çırpılıb. Sürücü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.


Mənbə: unikal.az