Yeni Zelandiya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 57 min əhalisi olan İnverkarqill şəhərindən 301 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Mənbə: report.az