Rumıniyada hərbi laboratoriyada partlayış olub

Rumıniyada hərbi laboratoriyada partlayış olub

Rumıniyada döyüş sursatı və silahları sınaqdan keçirən hərbi laboratoriyada partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Antena 3” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Buxarest dairəvi yolunda ordunun sınaq laboratoriyasında baş verib.

Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər göndərilib.

Ərazidə növbəti partlayış təhlükəsinin olduğu bildirilir.

Mənbə: qafqazinfo.az