Bakıda restorandakı yanğının qarşısı alınıb - YENİLƏNİB

Bakıda restorandakı yanğının qarşısı alınıb -

Bakıda restorandakı yanğının qarşısı alınıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Səbail rayonu, Nizami küçəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

19:17

Bakıda restoran yanır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Mənbə: report.az