Husilər hökumət qüvvələrinə hücum etdi: ölənlər var

Husilər hökumət qüvvələrinə hücum etdi: ölənlər var

Husilərin Yəmənin cənubundakı Lahc əyalətində hökumət mövqelərinə hücumu nəticəsində 2 hərbçi ölüb, 5-i yaralanıb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, husilər genişmiqyaslı hücumda reaktiv qumbaraatanlardan istifadə etməklə Lahcda “Hədd Yafea” cəbhəsi yaxınlığında hökumətin nəzarətində olan hədəfləri atəşə tutub.

Hökumət qüvvələri hücuma qarşılıq verib, hücum edənlərdən 4-nü öldürüb, qalanlarını isə geri çəkilməyə məcbur edib.

Mənbə: axar.az