Çin planetin fırlanmasını necə ləngidib?

Çin planetin fırlanmasını necə ləngidib?

“Reddit” istifadəçilərini Çinin “Üç dərə” su elektrik stansiyasının tikintisinin Yer kürəsinin gününü 0,06 mikrosaniyə artırması xəbəri təəccübləndirib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, NASA-nın Goddard Kosmik Uçuşlar Mərkəzinin geofiziki Benjamin Fong Çaonun hesablamalarına görə, Yantszı çayının bəndlənməsi planetin fırlanmasını ləngidib.

Uzunluğu 2335 metrə, hündürlüyü 185 metrə çatan “Üç dərə” bəndinin tikintisi 2012-ci ildə başa çatdırılıb. Çao qeyd edir ki, su anbarı dəniz səviyyəsindən 175 metr yüksəklikdə saxlanılan 40 kub kilometr su ilə doldurularaq ona ciddi çəki və enerji verir. Çao göstərdi ki, bu həcmli maye Yerin kütləsinin paylanmasını dəyişib və onun fırlanmasını yavaşladıb.

Bu səbəbdən gün 0,06 mikrosaniyə uzanıb, planetin oxu isə təxminən 2 santimetr yerdəyişib.

Mənbə: qafqazinfo.az