Moskvanın Vnukovo hava limanında təyyarələrin uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 09:06-dan (Bakı vaxtı ilə 10:06) etibarən Vnukovo hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda qeyd olunub.
Mənbə: axar.az