Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.
Bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.
Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb.
Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.
Mənbə: apa.az