Şəkidə yol qəzası olub, xəsarət alanlar var

Şəkidə yol qəzası olub, xəsarət alanlar var

Şəkidə yol qəzası olub.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəki rayonunun Oraban kəndindən baş verib.

1994-cü il təvəllüdlü Şəki rayon sakini Nicat Natiq oğlu Hacıhüseynovun idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü N. Hacıhüseynov və avtomobildə olan sərnişin 1999-cu il təvəlllüdlü Şəki rayon sakini Pərvanə Eldar Güləhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


Mənbə: unikal.az