İstanbuldan Sankt-Peterburqa uçan Türkiyənin aşağı büdcəli “Ajet VF291” aviaşirkətinə məxsus təyyarə yolun yarısında geri qayıdıb.
Bu barədə "Telegram" kanalları məlumat yayıb.
Bildirilir ki, təyyarə Moskva vaxtı ilə saat 00:45-də (Bakı vaxtı ilə 01:45) Rusiyaya enməli idi.
"Lakin Rumıniya səmasında təyyarə geri dönüb və İstanbula qayıdıb, sərnişinlər salondan çıxarılıb", - məlumatda deyilir.
İnsanlara bildirilib ki, təyyarənin geri qaytarılması qərarı Pulkovo üzərində hava məkanının bağlanması səbəb olub. Lakin o anda “Rosaviasiya”dan bu barədə heç bir mesaj olmayıb və Pulkovoya uçuşlar həyata keçirilib.
Telegram kanalları bildirir ki, buna səbəb Pulkovonun təyyarələr üçün dayanacaqda boş yer olmadığına görə başqa şəhərlərdən yönləndirilmiş uçuşları qəbul etməməsi olub.
Tural
Mənbə: publika.az