Ukrayna ordusuna atəşkəslə bağlı əmr verildi

Ukrayna ordusuna atəşkəslə bağlı əmr verildi

Ukrayna qeyri-rəsmi olaraq Qələbə Günündə elan edilən atəşkəsə qoşulub.

Bunu ukraynalı deputat Aleksey Qonçarenko deyib.

“Ukrayna rəsmi olaraq susur, amma atəşkəsə qoşulub. Ordu da oxşar göstərişlər alıb”, - Qonçarenko bildirib.

Ukrayna mətbuatı yazır ki, ordu yalnız cavab atəşi açmaq əmri alıb.

Mənbə: axar.az