Beyləqanda körpə öldü

Beyləqanda körpə öldü

Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana - yaşadıqları G.Əsədov küçəsinə gətirilib.

4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Mənbə: qafqazinfo.az