Atadan ÇİRKİN ƏMƏL - Qızını 9 yaşı olandan...

Atadan ÇİRKİN ƏMƏL - Qızını 9 yaşı olandan...

Rusiyanın Kamçatka diyarında hüquq-mühafizə orqanları ögey qızına 7 il ərzində sistematik cinsi zorakılıq etməkdə şübhəli bilinən 49 yaşlı yerli sakini saxlayıb.

Publika.az “AiF-Kamçatka”ya istinadla xəbər verir ki, həmin şəxs regionun böyük enerji şirkətində sürücü işləyib.

Müstəntiqlər müəyyən ediblər ki, zorakılıq halları qızın cəmi 9 yaşı olanda başlayıb. Uşağın 44 yaşlı anası polisə müraciət edərək, həyat yoldaşı tərəfindən illərlə davam edən zorakılıqla bağlı məlumat yayıb.

Hazırda yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli cinayətlərlə bağlı üç maddə ilə cinayət işi açılıb. Törətdiyi əməllərə görə şübhəlini ağır cəza - 20 ilə qədər həbs gözləyir.

Nəzərə alsaq ki, cinayətlər 14 yaşına çatmamış uşağa qarşı törədilib, ömürlük azadlıqdan məhrumetmə cəzası da istisna oluna bilməz.

İstintaq orqanları bu səs-küylü iş üzrə sübutların toplanması üzərində işləri davam etdirir.

Hüseyn İbadlı

Mənbə: publika.az