“Vaz”la “Ford” toqquşdu - 22 yaşlı gənc həlak oldu

“Vaz”la “Ford” toqquşdu - 22 yaşlı gənc həlak oldu

Mayın 12-də Bakıda ağır yol qəzası baş verib.

Hadisəyə səbəb 2003-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyev Əli Sahib oğlunun “Vaz 2107” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan, 1978-ci il təvəllüdlü Biləsuvar sakini Əliyev Eldəniz Abuzər oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobillə arxadan toqquşması olub.

Nəticədə Ə.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Mənbə: qafqazinfo.az