Qaxda 20 yaşlı şəxsi ilan sancdı

Qaxda 20 yaşlı şəxsi ilan sancdı

Mayın 22-də 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ çiyin nahiyəsindən ilan sancmasına görə Qax rayonunda 2 doza ilan zəhəri əleyhinə zərdab vurulmaqla ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Şöbədə xəstəyə zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Hazırda xəstənin vəziyyəti ağır-stabildir, müsbət dinamika müşahidə olunur.

Mənbə: yenisabah.az