Şəkidə 2 mərtəbəli ev yanıb.
Günorta saatlarında rayonun Qoxmuq kəndində iki mərtəbəli evdə yanğın olub. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Yaşayış olmayan evdə yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az