PKK-nın qərarına tabe olmadılar: Silahlarımızı yerə qoymayacağıq

PKK-nın qərarına tabe olmadılar: Silahlarımızı yerə qoymayacağıq

PKK Abdullah Öcalanın çağırışı ilə dağılaraq silahı yerə qoyduqdan sonra bütün gözlər təşkilatın başqa ölkələrdəki qollarına yönəlib.

PKK-nın Suriya uzantısı PYD/YPG/SDF Əsəddən sonra qurulan Əhməd Şaraanın başçılıq etdiyi yeni Dəməşq rəhbərliyi ilə masa arxasına oturaraq 8 maddəlik müqavilə imzalayıb. Bu çərçivədə YPG/SDF silahlarını Suriya rəhbərliyinə təhvil verəcək və yeni qurulan Suriya ordusuna inteqrasiya edəcəklər.

PKK-nın İran uzantısı PJAK, təşkilatın qərarına baxmayaraq silahlarını yerə qoymayacaqlarını açıqlayıb.

Terrorçuların lideri Abdullah Öcalanın çağırışını “ümumiyyətlə Yaxın Şərqdə kürd probleminin həlli üçün mühüm və müsbət addım” olaraq gördüklərini ifadə edən PJAK həmsədri Əmir Kərimi Tehrana qarşı silahlı mübarizəni davam etdirəcəklərini bildirib: "Biz PJAK olaraq silahlarımızı yerə qoymayacağıq. Bu məsələ ilə bağlı qərar başqadır".

2004-cü ildə fəaliyyətə başlayan PJAK İran-İraq sərhədindəki dağlıq ərazilərdə İran təhlükəsizlik qüvvələri ilə toqquşmalara başlayıb. PJAK-ın 2-3 min üzvü olduğu təxmin edilir. O, Tehran, Ankara və Vaşinqton tərəfindən “terror təşkilatı” hesab edilir.

Akqabay

Mənbə: publika.az