Qalmaqallı direktor işdən çıxarıldı

Qalmaqallı direktor işdən çıxarıldı

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Yahyayev Rauf Ruzvay oğlu işdən çıxarılıb.

"Unikal"ın məlumatına görə, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Aruz Teymurovaya həvalə edilib.

Bildirilib ki, Rauf Yəhyayev öz ərizəsi ilə işədən çıxıb. O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.

Qeyd edək ki, R.Yəhyayevin adı son vaxtlar qalmaqalarda hallanırdı. O, ötən illin fevralında bir qrup şəxs tərəfindən döyülüb.

Tural Əhmədov


Mənbə: unikal.az