Tovuzda zənciravi qəza olub, xəsarər alanlar var.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2106 " ilə "KİA" markalı minik maşını toqquşub. Qəzadan sonra "VAZ 2106 "markalı minik maşını yol kənarında dayanan "VAZ 2101"ə, daha sonra isə avtomobil təmir sexinə çırpılıb.
Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Tural Əhmədov
Mənbə: unikal.az