Salyanda qəza: sərnişin xəsarət aldı

Salyanda qəza: sərnişin xəsarət aldı

Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndindən keçən 51-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, minik maşınının qəzaya uğraması nəticəsində sərnişin, 32 yaşlı Binəqədi rayon sakini Elvira Soltanəli qızı Məmmədova sol aşağı ətrafın sınığı xəsarəti ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdşırma aparılır.

Virtualaz.org

Mənbə: virtualaz.org