Qərb bölgəsində güclü külək bir sıra fəsadlara yol açdı - VIDEO

Qərb bölgəsində güclü külək bir sıra fəsadlara yol açdı - VIDEO

Gəncə şəhərində və ətraf rayonlarda aşan güclü külək bir sıra fəsadlara yol açıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, Gəncə şəhərində iri gövdəli ağaclar aşıb. Gəncə-Samux yolunda ağacın aşması nəticəsində yol bağlanıb.

Şəmkir rayonunda da təbiət hadisəsi ciddi problemlərə səbəb olub. Bəzi kəndlərə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

BAKU.WS

Mənbə: baku.ws