Çində ötən sutka ərzində koronavirusa yoluxma halı qeydə alınmayıb

Çində ötən sutka ərzində koronavirusa yoluxma halı qeydə alınmayıb

Bakı. Trend:

Çində ötən sutka ərzində yeni növ koronavirusa yoluxma halı və koronavirusdan ölüm halı qeydə alınmayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, hazırda xəstəxanalarda 79 koronavirus xəstəsinin müalicəsi davam edir (ötən gün 3 nəfər sağalıb). Koronavirus xəstələrinin 3-nün vəziyyəti ağırdır.

Məlumata əsasən, xaricdən gələn vətəndaşlarda qeydə alınan koronavirus halları 1 711 nəfər səviyyəsində qalıb. Bildirilir ki, onlardan 1 670 nəfəri artıq sağalıb.

Statistikaya əsasən, Çində koronavirusa yoluxanların 94,3 faizi sağalıb. Ümumilikdə ölkədə 82,9 mindən artıq yoluxma halı, 4,6 mindən artıq ölüm halı qeydə alınıb.

Mənbə: az.trend.az