Pakistanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb

Bakı. Trend:

Pakistanda "Pakistan Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Doon" qəzetinə Sind əyalətinin səhiyyə sahəsindən mənbələr bildirib.

Məlumata əsasən, qəza nəticəsində azı 2 nəfər sağ qalıb.dir.

Bildirilir ki, təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb, onların vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gün Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış binalarının üzərinə düşüb. Təyyarədə 91 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində bir neçə yaşayış evi dağılıb, dağıntılar altından təxminən 20 nəfəri xilas etmək mümükün olub.

İlkin məlumata əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib.

XXX

02:13

Pakistanda "Pakistan Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Doon" qəzetinə Sind əyalətinin səhiyyə sahəsindən mənbələr bildirib.

Bildirilir ki, təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb, onların vəziyyəti stabildir.

 

Qeyd edək ki, ötən gün Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış binalarının üzərinə düşüb.

İlkin məlumata əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib.

XXX

02:13

Pakistanda "Pakistan Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Doon" qəzetinə Pakistan hakimiyyətinin nümayəndəsi deyib.

Daha əvvəl Sind əyalətinin Səhiyyə və Sosial İnkişaf naziririnin mətbuat katibi Merana Yusuf təyyarə qəzası nəticəsində 65 nəfərin öldüyünü bildirirmişdi.

Qeyd edək ki, ötən gün Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış binalarının üzərinə düşüb. Təyyarədə 91 sərnişin və 7 heyət üzvü olub. Qəza nəticəsində bir neçə yaşayış evi dağılıb, dağıntılar altından təxminən 20 nəfəri xilas etmək mümükün olub.

İlkin məlumata əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Diqqətli OLUN! Başqasının “WhatsApp” yazışmasını oxumağın yolu tapıldı

SONRAKI XƏBƏR

ABŞ-da koronavirusa yoluxanların saı 1,6 milyonu ötüb