Qəzaya uğrayan təyyarədən sərnişinlərdən birinin xilas anı - VİDEO

Sosial şəbəkələrdə Pakistanda qəzaya uğrayan “Airbus A-320” təyyarəsində sərnişinlərdən birinin xilas anı barədə kadrlar paylaşılıb.

RT yerli mediaya istinadla bildirib ki, bu Pəncab Bankının prezidenti Zəfər Məsud olub.

Xatırladaq ki, Pakistan Hava yollarına məxsus təyyarə bu gün Karaçidə yaşayış məntəqəsinin üstünə çırpılıb.

Son məlumatlara görə göyərtədə ümumilikdə 107 nəfər olub. Onlardan 99-u sərnişin olub.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

AMEA-nın aztəminatlı işçilərinə ərzaq yardımı edilib

SONRAKI XƏBƏR

Türkiyədə 4 günlük komendant saatı başladı