Bakıda avtomobil 50 yaşlı piyadanı vurdu

Bakıda avtomobil 50 yaşlı piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Ələsgərov Vüqar Şiraslan oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağın 3 və 4-cü daraq sümüyünün sınığı diaqnozu qoyulub.

Mənbə: report.az