Moskvada son sutkada koronavirusdan ölənlərin sayı açıqlandı

Moskvada son sutkada koronavirusdan ölənlərin sayı açıqlandı

Rusiyanın paytaxtı Moskva şəhərində daha 67 pasiyent koronavirusun qurbanı olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da Moskvada COVID-19 qurbanlarının sayı 1 934-ə yüksəlib.

Qeyd edək ki, Rusiyada hazırda 223 374 koronavirus xəstəsi var. 3 249 nəfər isə dünyasını dəyişib.

Mənbə: qafqazinfo.az