Ölən oğlanın əmisi danışdı: "Qulağından QAN GƏLİB" - VİDEO

Oğuzda ötən gün itən 12 yaşlı oğlanın meyiti meşədə tapılıb.

Publika.az xəbər verir ki, hadisə Oğuz rayonunun, Xaçmaz kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü Cəbrayıl Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çayın qırağına gedib və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Bu gün səhər saatlarında isə onun meyiti meşəlik ərazidə aşkarlanıb. Rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, 300 nəfərdən çox kənd sakini axtarışa çıxıblar.

Azyaşlının meyiti 2 km aralıda tapılıb. İlk olaraq uşağın vəhşi heyvanlar tərəfindən öldürüldüyü ehtimal edilib.

Meyit aidiyyatı orqanlar tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon bölməsinə təhvil verilib.

"ATV Xəbər"in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-dan bölgədə balansı dəyişə biləcək sensasiyalı açıqlama : İran ordusu Suriyadan çıxır

SONRAKI XƏBƏR

Türkiyədə cümə namazının qılınması ilə bağlı qaydalar müəyyənləşib