Oğul atasını “Zoom” toplantısı zamanı ÖLDÜRDÜ - VİDEO

ABŞ-ın Nyu-York şəhərində "Zoom" tətbiqetməsində konfrans zamanı iştirakçıların gözləri qarşısında cinayət hadisəsi baş verib.

News24.az “bbc.com” saytına istinadən xəbər verir ki, 20 iştirakçı ilə video görüşü zamanı oğul 72 yaşlı atasını bıçaqla qətlə yetirib.
Tomas Skuli-Paurs atası Dvayt Paursı öldürdükdən sonra pəncərədən qaçıb. Cinayəti videogörüntü ilə izləyən konfrans iştirakçıları dərhal polisə məlumat veriblər. Cinayətkar bir saatdan sonra həbs edilib. Hələlik qətlin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.

 

 

News24.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv edildi

SONRAKI XƏBƏR

Azərbaycanlıların yaşadığı Bolnisidə sərt karantin rejimi götürülüb