Bakıda 20 yaşlı oğlan yol qəzasında öldü

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Samir Əliyev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində S.Əliyev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sərnişini, 2000-ci il təvəllüdlü Azər Bədirli isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Mingəçevirdə civə satan şəxs saxlanılıb

SONRAKI XƏBƏR

Bakıda 33 min LED işıq quraşdırılacaq