Bakıda quldur dəstə taksi sürücüsünə hücum etdi

Bakı. Samir Əli - Trend:

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binəqədi qəsəbəsində baş verib. Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Xəzər" markalı avtomobilə 3 nəfər naməlum şəxs əyləşərək onu hədələyib. Həmin şəxslər onun 100 manatını alaraq hadisə yerindən qaçıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəri) maddəsilə həbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Yaxınlaşan ikinci koronavirus dalğasının gücü qiymətləndirildi

SONRAKI XƏBƏR

Bəzi ölkələrin alyansa üzvlük qaydaları dəyişməlidir - Volker