Azərbaycanda ayının parçaladığı uşaq dəfn edildi

Mayın 21-də itkin düşən və dünən səhər saatlarında meyiti tapılan müş Oğuz rayonu Xaçmaz kənd sakini, 12 yaşlı Cəbrayıl Məmmədli dəfn edilib.

Publika.az xəbər verir ki, Məhkəmə-tibbi ekspertizasından sonra uşağın cənazəsi ailəsinə təhvil verilib. O, dünən axşam saatlarında Xaçmaz kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, yayılan rəsmi məlumatda Cəbrayılın ayı hücumu nəticəsində vəfat etdiyi bildirilib. Bəzi iddialara görə isə, hadisə qətldir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Ağsaqqallar Şurasının sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

SONRAKI XƏBƏR

Boris Consonun müşaviri koronavirus əlamətlərini "vecinə almadan" səfərə çıxdı