Nizami rayonunda quldurluq edən 4 nəfər saxlanılıb

Nizami rayonunda quldurluq edən 4 nəfər saxlanılıb

Nizami rayonunda quldurluq edən 4 nəfər saxlanılıb

Press.Az xəbər verir ki, Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Bakı şəhər sakini R.İsgəndərovun 650 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirən Beyləqan rayon sakini C.Nağıyev, Zəngilan rayon sakini Ş.İsazadə, Şirvan şəhər sakini R.Mirzəyev və Füzuli rayon sakini R.Həsənov saxlanılıblar.

Axtarış zamanı R.Mirzəyevin “Hyundai” markalı avtomobilindən qundağı kəsilmiş tüfəng, 2 ədəd patron, kustar üsulla hazırlanmış bıçaq və balta aşkar edilib.

Nizami RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: press.az