Gürcüstanda koronavirusa yoluxanların sayı 728 oldu

Gürcüstanda koronavirusa yoluxanların sayı 728 oldu

Gürcüstanda koronavirusa yoluxanların sayı artaraq 728 nəfərə çatıb. Azvision.az “StopCov” saytına istinadən xəbər verir ki, son sutkada 5 yeni yoluxma aşkarlanıb.

Epidemiya başlayandan bəri 12 nəfər vəfat edib, 509 xəstə sağalıb. Hazırda koronavirus səbəbi ilə 3259 nəfər karantindədir.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az