Ərdəbil əyalətinda koronavirusa yoluxanların sayı 2521 nəfərə çatıb

Ərdəbil əyalətinda koronavirusa yoluxanların sayı 2521 nəfərə çatıb

GünazTV: İranın Ərdəbil əyalətində son bir gün ərzində 127 yeni koronavirusa yoluxma halının aşkar edilməsi ilə bu günə qədər “Covid-19” infeksiyasına yoluxanların sayı 2521 nəfərə çatıb.

 

Bu barədə, Ərdəbil əyalətinin koronavirusu İdarəetmə Qərargahı mayın 22-də məlumat yayıb.

 

Yayılan məlumata əsasən, infeksiyaya yoluxan 2521 xəstədən 1806 nəfəri artıq sağalaraq evə buraxılıb. Bildirilir ki, koronavirusa yoluxanlardan 130 nəfəri hazırda Ərdəbil əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarında müalicə alır və onlardan 39-unun vəziyyəti ağırdır.

 

Həmçinin, son bir sutka ərzində əyalətdə 2 nəfərin də “Covid-19” xəstəliyindən öldüyü bildirilir.

 

A.M

 

Mənbə: www.gunaz.tv