FHN: "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir

FHN: "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir

Bəzi saytlarda Bakıda "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə APA-ya FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan video və fotolar bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.

Mənbə: apa.az