Bakıda avtomobil aşıb, 1 nəfər ölüb

Bakıda avtomobil aşıb, 1 nəfər ölüb

Bakı. Trend:

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 22-də saat 23 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - paytaxt sakini Azər Bədirli hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Mənbə: az.trend.az