Çində ilk dəfə sutka ərzində koronavirusa yoluxan OLMAYIB

Çində epidemiya başlanandan ilk dəfə sutka ərzində koronavirus infeksiyası ilə bağlı yeni yoluxma hadisəsi qeydə alınmayıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "RİA Novosti" Çinin Səhiyyə üzrə Dövlət Komitəsinin bəyanatına istinadən məlumat yayıb.

Son bir gün ərzində 28 simptomsuz daşıyıcı qeydiyyata alınıb, onlardan 23-ü evə buraxılıb, 3-ü isə müalicə olunub. Həmçinin, ölüm hadisəsinin də qeydə alınmadığı bildirilir.

Ümumilikdə Çində pandemiya zamanı 82.971 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, onlardan 78258 nəfər sağalıb, 4.344 nəfər ölüb, 79 nəfər isə hələ də xəstəxanadadır.

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Bu yay tətillərini 1 milyonluq yaxtalarında keçirəcəklər

SONRAKI XƏBƏR

Ermənistanda vəkilə və ailəsinə hücum edilib