Müəlliminin şifrəsini ələ keçirən tələbə sistemdən qiymətlərini dəyişdirərək məzun olub.
Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müəlliminin internet şifrəsini götürən Busə adlı lisey şagirdi üç semestrlik qiymətlərini dəyişdirərək məzun ola bilib. Hadisə bildiriş nəticəsində ortaya çıxsa da, səhlənkar müəllim məhkəməyə verilib.
Göstərilir ki, müəllimin həmin vaxt telefonunda interneti olmadığı üçün tələbəsi Busə ona internetindən istifadə edə biləcəyini deyib. Müəllim internetlə sinifin qeydlərinə nəzarət edərək sistemə daxil olub, daha sonra sistemdən çıxış edib. Elə bu zaman tələbə müəlimin telefonuna daxil olaraq şifrə ilə sistem məlumatlarını dəyişdirib. Yəni ki özünün 3 semestr müddətində olan qiymətlərində dəyişiklik edərək məzun ola bilib.
Müəllim tələbənin həmin şifrəni öncədən telefonunun yaddaşına salmasından xəbərsiz olub.
Şəlalə Babayeva
Mənbə: sonxeber.az