ABŞ-dakı hərbi bazada atışma: təfərrüatlar məlum oldu

ABŞ-dakı hərbi bazada atışma: təfərrüatlar məlum oldu

ABŞ-ın Texas ştatındakı Korpus Kristi bölgəsindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında atəş açan şəxs radikal islamçı hərəkatın tərəfdarı olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Wall Street Journal” qəzeti internetdə ekstremistlərin fəaliyyətini izləyən “SITE Intelligence Group”unun məlumatlarına istinadən yayıb.

Mənbə bildirir ki, atışmada öldürülən 20 yaşlı Adam Salim Alsahli “Ərəbistan yarımadasında Əl-Qaidə” təçkilatının adı açıqlanmayan qrupunun üzvü olub.

Bundan əlavə, o, Səudiyyə Ərəbistanından gələn “çoxsaylı radikal təbliğçilər”in lehinə danışıb. “SITE Intelligence Group”unun rəhbəri Rita Katzın sözlərinə görə, bunu atəş açan şəxsə aid olan sosial səhifələr sübut edir.

Bundan əvvəl FTB-nin rəsmi nümayəndəsi Liya Greaves ABŞ Hərbi Dəniz Qüvvələrinin Korpus Kristidəki bazası yaxınlığındakı atışmanın terrorla əlaqəli olduğunu söyləyib.

Ancaq müstəntiqlərin bu nəticəyə necə gəldiyini qadın kəşfiyyatçı izah etməyib: “Səlahiyyətlilər hazırda atəş açan şəxslə əlaqəli ola bilən bir nəfəri axtarır”.

Mənbə: konkret.az